top
Bu gün dünya şahmat elitasının 10-luğuna daxil olan Vüqar Həşimovun doğum günüdür
24 iyul 2023, 04:52
- ↺ +

Bu gün dünya şahmat elitasının 10-luğuna daxil olan Vüqar Həşimovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vüqar Həşimov 1986-cı ildə Bakıda anadan olub.

O, 6 yaşından şahmatla məşğul olmağa başlayıb. 1995,1996 və 1998-ci illərdə yaş qruplarında ölkə qalibi olub. O, 1996-2000-ci illərdə dörd dəfə Avropa yeniyetmə birinciliyində vitse-çempion adını qazanıb. Həşimov 1998-ci ildə dünyada şahmat üzrə ən gənc beynəlxalq usta olub. O, 1999-cu ildə Moskvadakı “Kasparov kuboku”nun qalibi olub.

Bir müddət keçdikdən sonra Həşimov beynindən bir neçə dəfə əməliyyat keçirir. Bu səbəbdən o, şahmatı uzun müddətə atmalı olur.

O, 2005-ci ildə yenidən şahmatla məşğul olmağa başlayır. 2006-cı ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərindəki oyunda 19 qrosmeysteri geridə qoyaraq, qalib gəlib.

Sonrakı illər ərzində o, Xorvatiya, Türkiyə, Rumıniya, İspaniya, və digər klubların heyətində çempion olub. 2008-ci ilin fevralında Həşimov Fransada təşkil olunan “Cappelle Grande” turnirində qalib gəlib. 2008-ci ilin aprelində o, Bakıda şahmat tarixində ilk FİDE Qran-prisində qələbə qazanıb. Bir müddət sonra Vüqar Həşimov şahmat elitasının 10-luğuna daxil olmağı bacarıb.

2009-cu ildə Serbiyanın Novi-Sad şəhərindəki komanda üzrə Avropa çempionatında Azərbaycan millisinin ilk qələbəsi məhz Həşimovun köməyi ilə baş tutub.

2011-ci ildə Vüqar Azərbaycan millisinin tərkibində Yunanıstanda təşkil olunan Avropa çempionatında iştirak edir. Fransaya qarşı oyunda Vüqarın təzyiqi qəfil qalxır və o, oyunu davam etdirə bilmir. Komandalar arasında ikitərəfli razılığa əsasən, görüşdə heç-heçə qeydə alınır. Vüqar turniri başa vurmağa özündə güc tapır və daha iki dəfə qalib gəlir. Yekunda komanda gümüş medal qazanır.

2012-ci ildə o, özünün sonuncu turnirini Hollandiyanın Veyk-an-Zeed şəhərində keçirib. Bu turnirdən sonra Həşimov yarışlarda iştirakını dayandırır və müalicəsini davam etdirməyə başlayır.

Vüqar Həşimov 11 yanvar 2014-cü ildə 27 yaşında beynində bədxassəli şişə (xərçəng) görə müalicə olunduğu Almaniyanın Heydelberq şəhər klinikasında dünyasını dəyişib. Daha sonra o, Bakıdakı Üçüncü Fəxri xiyabanda dəfn olunub.

2016-cı ildə Vüqar Həşimov adına Şahmat akademiyası açılıb. Bundan əlavə, 2019-cu ildə ona həsr olunan “Son gediş - Vüqar Həşimov” adlı sənədli film çəkilib.

Son xəbərlər

Xarici xəbərlər
Bu gün, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
Bu gün, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
Bu gün, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
Bu gün, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
Bu gün, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
Bu gün, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
Bu gün, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
Bu gün, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
Bu gün, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
Bu gün, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Yerli xəbərlər
Bu gün, 09:52

Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Yerli xəbərlər
Bu gün, 09:42

Evdəki kompüterlər uçota alınacaq: yanvarda sakinləri nə gözləyir?

Yerli xəbərlər
Bu gün, 09:03

Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 7 noyabr

Yerli xəbərlər
Dünən, 17:21

Tərtərdə yaşlı ər-arvadı öldürüb meyitlərini yandıranın məhkəməsi başlayır

Xarici xəbərlər
Dünən, 17:12

Avropada təyyarələrin partladılacağı ilə bağlı saxta həyəcan dalğası: 30-a yaxın reys təhdid alıb

Yerli xəbərlər
Dünən, 16:59

Kamran Əsədov və Gündüz Abbasova cəza istənilib

Yerli xəbərlər
Dünən, 16:53

Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib

Xarici xəbərlər
Dünən, 16:26

Daşkənddə anadan olan Sergio Qor Marko Rubionun yerinə ABŞ-nin dövlət katibi təyin oluna bilər

Yerli xəbərlər
Dünən, 16:19

Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq

Yerli xəbərlər
Dünən, 16:15

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı olub - YENİLƏNİB

Oxşar xəbərlər