Bu gün Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçiriləcək.
Bu barədə 30 yanvar tarixində APA məlumat verib.
Görüşə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryan sədrlik edəcəklər.
Tərəflərin iştirakı ilə əvvəlki görüş 2023-cü il noyabrın 30-da sərhəddə baş tutub.