Bu gün Füzuli və Beyləqan rayonlarında qaz olmayacaq. Bu barədə 24 noyabr tarixində “Azəriqaz” İstehsalat Birliyi məlumat verib.
“Qaz İxrac” İdarəsinə məxsus yeni çəkilmiş “Horadiz-Laçın” yüksək təzyiqli magistral qaz kəmərinin “Beyləqan-Horadiz” magistral qaz kəmərinə birləşdirilməsi ilə bağlı bu gün, noyabrın 24-ü saat 08:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Füzuli rayonunun tam olaraq, Beyləqan rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.