top
Bu gün ictimai-siyasi xadim Nəriman Nərimanovun doğum günüdür
14 aprel 2022, 00:56
- ↺ +

Bu gün ictimai-siyasi xadim Nəriman Nərimanovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 14 aprel 1870-ci ildə Tiflis şəhərində anadan olub.

Nərimanov 1890-cı ildə Qori seminariyasını, 1908-ci ildə indiki Odessa Universitetinin tibb fakültəsini bitirmişdir. O, 1905-ci ildə Sosial-Demokrat “Hümmət” təşkilatının rəhbərliyinə daxil olmuş, Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının (RSDF(b)P) məramnaməsini Azərbaycan dilinə çevirmişdir. 1909-cu ildə İran inqilabi hərəkatında iştirakına görə o, çar hakimiyyəti tərəfindən həbs olunaraq Həştərxan şəhərinə sürgün edilmişdir.

1913-cü ildə Bakıya qayıdan maarifçi 1914-cü ildən Bakının “qara şəhəri”ndə pulsuz müalicəxanada işləyir, neft mədənlərində işləyən fəhlələri və xəstəxanaya yaxın kəndlərin camaatını müalicə edir. O, öz mənzilində də xəstələri pulsuz müalicə edirdi.

Artıq 1917-ci ildə Nərimanov “Hümmət” Təşkilatı Mərkəzi Komitəsinin sədri və RSDF(b)P Bakı Komitəsinin üzvü, “Hümmət” qəzetinin baş redaktoru idi. 1918-ci ilin martında o, Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı təyin olunur. Həmin ildə siyasi xadim ağır xəstəliklə əlaqədar olaraq Həştərxan şəhərinə müalicəyə göndərilir. Sağaldıqdan sonra həmin şəhərdə bir sıra partiya orqanlarında çalışır.

Yazıçı 1919-cu ildə Moskvaya çağırılaraq RSFSR Xalq Xarici İşlər Komissarlığında Şərq məsələləri üzrə Xalq komissarının müavini vəzifəsinə təyin edilir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra o, Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsinin Sədri və Xalq Komissarları Sovetinin Sədri vəzifəsini tutur. SSRİ yarandıqdan sonra Nərimanov Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir.

Nərimanov görkəmli Azərbaycan yazıçısı və dramaturqudur. O, Azərbaycanın “Bahadır və Sona” adlı ilk milli romanının və “Nadir şah” adlı ilk tarixi faciənin banisidir. Publisistin əsərləri əsasında 1956-cı ildə “Şamdan bəy” filmi çəkilmişdir, 1962-ci ildə isə “Bahadur və Sona” operası səhnəyə qoyulmuşdur.

Nəriman Nərimanov 19 mart 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edib və Kremlin divarları yaxınlığında dəfn edilib. Azərbaycanın, Rusiyanın və Qazaxıstanın bir neçə şəhərlərində küçələr, Bakının rayonlarından biri mərhumun adını daşıyır. Həmçinin paytaxtda onun böyük abidəsi ucalır və xatirə muzeyi fəaliyyət göstərir.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:51

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bütün Xəbərlər
Bu gün, 15:20

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

Bütün Xəbərlər
Bu gün, 15:17

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Bütün Xəbərlər
Bu gün, 13:53

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Bütün Xəbərlər
Bu gün, 13:01

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Bütün Xəbərlər
Bu gün, 12:16

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 11:34

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:27

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Bütün Xəbərlər
Bu gün, 11:13

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:55

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 09:51

Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb

Bütün Xəbərlər
Bu gün, 09:43

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

Bütün Xəbərlər
Bu gün, 09:02

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün Xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə dördüncü dəfə raket atəşinə tutuldu

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:43

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:07

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:02

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Bütün Xəbərlər
10 oktyabr 2026, 15:47

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Bütün Xəbərlər
10 oktyabr 2026, 14:14

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
10 oktyabr 2026, 13:16

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Bütün Xəbərlər
10 oktyabr 2026, 11:19

Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyən edilib

Bütün Xəbərlər
10 oktyabr 2026, 10:56

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Oxşar xəbərlər