Bu gün, aprelin 15-də Qobustan Heyvandarlıq Nümayiş Kompleksində ilk dəfə Qarabağ atlarının hərracı keçirilib. Bu haqda “Aqroservis” ASC məlumat paylaşıb.
3 Qarabağ atı - Sahil, Zilaxar və Sultan alıcılara təklif edilib. Onlara müvafiq olaraq 5, 7 və 30 min manat qiymət qoyulub.
İlk atı 5,5 min manata Tərtərdən olan fermer Habil İbrahimov alıb. İkinci ata 7,5 min manata Bakıdan olan at həvəskarı Orxan Qardaşxanov sahib olub. 30 min manatlıq Sultan isə öz alıcısını tapmayıb.
[URIS id=42736]