Leyla Əliyeva bu gün doğum gününü qeyd edir. Bu barədə İnsanoid bu gün, 3 iyul tarixində xəbər verir.
O, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədridir.
Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.
Yaradıcılıq sahəsində isə şeirlər yazır, rəsm çəkir. Bundan başqa, “Əli və Nino” filminin icraçı prodüseri olub, eləcə də, “Bakı, mən səni sevirəm” kinolayihəsinə rəhbərlik edib.
Leyla Əliyeva iki oğul, bir qız anasıdır.