top
Bu gün Məhəmməd Əmin Rəsulzadənin 140 illiyidir
30 yanvar 2024, 13:01
- ↺ +

Bu gün Məhəmməd Əmin Rəsulzadənin 140 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. O, 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin qurucusudur.

1991-ci ildə SSRİ dağılandan sonra müstəqil Azərbaycan özünü məhz Azərbaycan Cümhuriyyətinin siyasi varisi elan etmişdi.

Sizə Rəsulzadə haqqında 5 faktı təqdim edirik:


  1.   1903-cü ildə 19 yaşında olan Rəsulzadə “Azərbaycanlı Gənc İnqilabçılar” adlı ilk siyasi təşkilatını yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın məqsədi müsəlmanlar arasında maarifçilik fikirlərini yaymaq, gənclərdə milli hisslər oyatmaq, rus məktəblərində tədris olunmayan türk dilini öyrətmək, fəhlələr arasında azadlıq və inqilabi fikirlər yaymaq idi.

  2.   4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə Azərbaycan Cümhuriyyəti arasında olan Dostluq müqaviləsini Azərbaycanın adından Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski imzalayıblar. Məhz bu müqaviləni rəhbər tutaraq, Qafqaz İslam Ordusu Bakını bolşevik və daşnaklardan azad edib.

  3.   O, 71 illik ömrünün 31 ilini Azərbaycanda, qalan 40 ilini isə müxtəlif ölkələrdə yaşayıb, Azərbaycanın müstəqillik mübarizəsini aparıb.

  4.   Rəsulzadə Polşada olan zaman, 1932-1939-cu illərdə Polşa xarici işlər naziri olmuş Yozef Bek ilə tanış olmuş və dostlaşmışdı. O, Hitlerin Polşaya 1939-cu ildəki hücümudan əvvəl yurdunu tərk edib, qaçarkən tapançasını bir xatirə olaraq Rəsulzadəyə hədiyyə etmişdi.

  5.   Rəsulzadə Azərbaycanın sovet işğalından qurtulacağına və istiqlaliyyətini bərpa edəcəyinə daima inanırdı. O, 1920-ci illərdə deyirdi: “İstiqlalımızla bərabər yaşadığımız məsud gündə “bir dəfə yüksələn istiqlal bayrağı bir daha enməz!” demişdim… Ey vətənin idealist gəncliyi, bayrağımız enməmiş, o, imanlı azəri gəncliyinin əlindədir, çox çəkməz, o əl onu təkrar Azərbaycanın üfüqlərində dalğalandıracaqdır. Yaşa şanlı bayrağınla, ey Azərbaycan gəncliyi”.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Yerli xəbərlər
Dünən, 09:21

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Yerli xəbərlər
03 noyabr 2026, 17:40

Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

Cəmiyyət
03 noyabr 2026, 16:31

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Oxşar xəbərlər