Bu gün saat 11:00-da növbəti tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyat başlayır. Bu barədə 9 avqust tarixində Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Proses mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə 15 avqust saat 11:00-da aktiv ediləcək.