top
Bu gün Müslüm Maqomayevin doğum günüdür
17 avqust 2023, 03:19
- +

Bu gün Müslüm Maqomayevin doğum günüdür

Müslüm Maqomayev 17 avqust 1942-ci ildə Bakı şəhərində anadan olub.

O, musiqiyə böyük həvəs göstərərək 1949-cu ildən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində təhsil alıb. Müslüm Maqomayev əmək fəaliyyətinə 1962-ci ildə indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında başlayıb. Həmin ildə o, “La skala” teatrına təcrübə toplamağa göndərilir. Müslüm Maqomayev 1968-ci ildə indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını SSRİ Xalq artisti Şövkət Məmmədovanın sinfi üzrə bitirmişdir.

Maqomayev 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaratmış və uzun müddət ona rəhbərlik etmişdir. Həmin orkestrlə o, Sovet İttifaqının müxtəlif şəhərlərində, həmçinin Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib.

Müslüm Maqomayevin repertuarında 600-dək əsər mövcuddur. Onların arasında “Azərbaycan”, “Свадьба”, “Синяя вечность”, “Bella, ciao!”, “Ana”, “Королева красоты” və digər mahnılar var. Ölümündən əvvəl yazdığı sonuncu mahnısı “Əlvida, Bakı” adlanır.

Müğənni 1969-cu ildə Kann festivalında “Qızıl val” mükafatını almışdır. Müslüm Maqomayev 31 yaşında SSRİ Xalq artisti fəxri adına və “Qırmızı Əmək Bayrağı” və “Xalqlar Dostluğu” ordenlərinə layiq görülmüşdür. Bundan əlavə, o, Azərbaycan Respublikasının ali mükafatları - “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

O, SSRİ-də ingilis dilində oxumağa icazə verilən yeganə müğənni idi.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə Moskvada vəfat edib. O, Bakıdakı Birinci Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 10:28

Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat ayrılıb

Bütün Xəbərlər
Dünən, 12:32

Fransanın kolonial istismar mexanizmlərinə qarşı "Korte Bəyannaməsi" qəbul edilib

Bütün Xəbərlər
10 avqust 2026, 18:08

II-III ixtisas qrupları üzrə qəbul şərtləri və plan yerləri açıqlanıb

Bütün Xəbərlər
10 avqust 2026, 18:02

I ixtisas qrupu üzrə 16 265 dövlət sifarişli plan yeri ayrılıb

Bütün Xəbərlər
10 avqust 2026, 17:29

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Bütün Xəbərlər
10 avqust 2026, 15:17

Moldova Moskvadakı səfirini geri çağırır

Bütün Xəbərlər
10 avqust 2026, 15:17

İnternet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlikdə yeni öhdəliklər müəyyənləşib

Bütün Xəbərlər
10 avqust 2026, 15:16

Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb

Bütün Xəbərlər
10 avqust 2026, 15:15

Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya təyin olunub

Bütün Xəbərlər
10 avqust 2026, 15:14

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

Bütün Xəbərlər
10 avqust 2026, 14:55

AZAL artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Bütün Xəbərlər
10 avqust 2026, 14:52

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı 1500 manat azaldıldı

Bütün Xəbərlər
10 avqust 2026, 14:51

Azərbaycanın Polşadakı səfiri dəyişib

Bütün Xəbərlər
10 avqust 2026, 11:47

Səhiyyə Nazirliyi lisenziyasız fəaliyyət göstərən kosmetoloqla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib

Bütün Xəbərlər
10 avqust 2026, 11:38

Litvanın Baş naziri İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 15:08

Hikmət Hacıyev: "İlham Əliyev müharibəni, həm də sülhü qazanıb"

Bütün Xəbərlər
08 avqust 2026, 13:36

12 yaşlıdan 79 yaşlıya: Mingəçevirdə Kür çayında üzgüçülük yarışı başladı

Bütün Xəbərlər
08 avqust 2026, 12:37

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
08 avqust 2026, 12:31

Gəncədə dalaşanları ayırarkən öldürülən şəxs tanınmış vəkilin qardaşı imiş

Bütün Xəbərlər
07 avqust 2026, 16:21

Ülviyyənin ölümünə görə həkimə bu cəza verildi

Bütün Xəbərlər
07 avqust 2026, 16:18

Daha bir qadın estetik əməliyyatdan sonra öldü

Bütün Xəbərlər
07 avqust 2026, 15:25

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün Xəbərlər
07 avqust 2026, 14:38

Azərbaycanın Pakistandakı səfiri dəyişib

Bütün Xəbərlər
07 avqust 2026, 14:34

Azərbaycanın Estoniyadakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Oxşar xəbərlər