Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək. Bu barədə 19 avqust tarixində Report məlumat verib.
Belə ki, 28 yaşlı qrosmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.
Abasov qara fiqurlarla mübarizə aparacaq.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.