top
Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi baş tutacaq
31 oktyabr 2023, 22:29
- ↺ +

Bu gün Vaqif Xaçatryanın növbəti məhkəməsi baş tutacaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək. Bu barədə 1 noyabr tarixində Report məlumat verir.

Cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.

Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.

12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.

29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 10:41

Prezident İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

Yerli xəbərlər
Bu gün, 10:39

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Yerli xəbərlər
Bu gün, 10:12

Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb

Yerli xəbərlər
Bu gün, 09:51

Xəzərdə yadplanetlilərin gizli bazaları? ABŞ arxivinə düşən 25 illik sirr

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Oxşar xəbərlər