Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub.
Xanlarova Azərbaycanın qadın xanəndələri arasında “Çahargah” muğamının ilk ifaçılarındandır. O, keçmiş SSRİ-dən Yaponiyada konsert verən ilk müğənnidir. Zeynəb xanım Yəməndə +50 dərəcə temperaturda açıq havada, Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsertlər keçirib. Bundan əlavə, o, 1989 və 2012-2015-ci illərdə ABŞ-də konsert proqramları ilə çıxış edib. Onun haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
Sənətkarın “Azərbaycan”, “Dünyanın xoşbəxti mənəm dünyada”, “Reyhan”, “Qonaq gəl bizə”, “Sevən könül”, “Lalələr”, “Ay qəlbi kövrək”, “Tələbəlik illəri” və digər məşhur mahnıları var. Onun ifa etdiyi mahnılar bütün dünyada sevilir. Xanlarova keçmiş SSRİ-nin, Özbəkistan SSR-in, hətta Ermənistan SSR-in Xalq artisti adına layiq görülmüşdür.
Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI çağırış və XII çağırış) və Azərbaycan Milli Məclisinin (I-IV çağırış) deputatı olub.