Bu günədək Bakıda 56 486 nəfər nəqliyyat vasitələrinin parklanmasına görə mobil tətbiq yükləyərək qeydiyyatdan keçib.
Bu barədə 22 avqust tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Avqustun 7-dən paytaxtda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı nağdsız qaydada aparılır.
Bu müddət ərzində 2 148 nəfər balansın artırılması əməliyyatını həyata keçirib.