Azərbaycanda Prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 9 dekabr tarixində xəbər verir.
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən, Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib.
Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib. Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.
MSK-nın dekabrın 8-də keçirilən iclasında seçkilərin 2024-cü il fevralın 7-nə təyin olunması haqqında qərar qəbul edilib.