Bu həftə Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.
Bu barədə məlumatı 15 avqust tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yayıb.
14-20 avqust tarixlərində İordaniyanın Ammanda şəhərində Güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
Almaniyanın Düsseldorf şəhərində isə 15 avqust - 3 sentyabr tarixlərində Voleybol üzrə qadınların Avropa çempionatı baş tutacaq.
Bədii gimnastika üzrə beynəlxalq yarış avqustun 18-i və 19-u Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
20-25 avqust tarixlərində isə Polşanın paytaxtı Varşavada Qrapplinq güləş idman növü üzrə U-17, U-20 və böyüklər arasında dünya çempionatı təşkil olunacaq.