Bu ilin 9 ayı ərzində Azərbaycanda 14 544 təbii və texnogen mənşəli hadisə baş verib. Bu barədə noyabrın 3-də Report-a FHN-dən bildirilib.
Bu da 2021-ci ilin 9 ayı ilə müqayisədə 1 313 hadisə və ya 10% çoxdur.
Baş verən təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 262 nəfər xəsarət alıb. Xilasedicilər tərəfindən 90 nəfər xilas edilib, 1 033 nəfər təxliyə olunub.