Bu il Avropadan Azərbaycana 56 şəxs qaytarılıb. Bunu martın 16-da APA-ya Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, 2014-cü ildən bu günə kimi 2069 şəxs readmissiya edilib: “Pandemiya dövründə, yəni 2021-ci ildə bu göstərici 420 nəfər olub”.
Hazırda 2322 şəxsin də Avropadan ölkəmizə gətirilməsi gözlənilir.