Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu Naxçıvan MR-də keçiriləcək. Bu barədə 31 avqust tarixində Report məlumat verib.
Sentyabrın 28-29-da baş tutacaq tədbirin təşkilatçısı Energetika Nazirliyidir.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib.
1-ci forum 21-22 dekabr 2021-ci il tarixlərində Bakıda, 2-ci forum isə 5-6 oktyabr 2022-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində təşkil olunub.