2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1 723,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə 29 noyabr tarixində Dövlət Statistika Komitəsi Dövlət Sərhəd Xidmətinin məlumatına istinadən məlumat verib.
Gələnlərin 30,7%-i Rusiya Federasiyası, 17,9%-i Türkiyə, 7,7%-i İran vətəndaşları olmuşdur. Gələnlərin 69,9%-ini kişilər, 30,1%-ini qadınlar təşkil edib.
2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 27,1% artaraq 1 545 200 nəfər olub.
Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Gürcüstana gedənlərin sayı 31,6%, Türkiyəyə gedənlərin sayı 20,7% artıb, İrana gedənlərin sayı 13,9% azalıb.