Bu il Azərbaycanda 272 nəfər qida zəhərlənməsinə məruz qalıb. Bu barədə 27 oktyabr tarixində Report AQTA-nın sədri Qoşqar Təhməzlinin sözlərinə istinadən məlumat verib.
Onun sözlərinə görə, bu il qida zəhərlənməsi ilə bağlı 573 müraciət daxil olub: "Eyni zamanda 873 nəfərin zəhərlənməsi haqqında yanlış informasiya verilib. Əslində araşdırma nəticəsində mətbuatda bildirilən halların 20%-i qədər zəhərlənmə faktının olduğu öz təsdiqini tapıb.
“Xahiş edirik ki, qida zəhərlənmələri peşəkar diaqnoz tələb etdiyindən tələsmək lazım deyil", - sədr əlavə edib.