Bu il Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. Bu barədə 28 noyabr tarixində Səhiyyə Nazirliyi məlumat verib.
Bildirilib ki, həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından etibarən gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.
"Yoluxma, əsasən, uşaqlar arasında müşahidə edilir. Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub", - məlumatda qeyd olunub.