Bakıda keçirilən arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası başa çatıb. Bu barədə 31 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Bu il Bal yarmarkasında 90 tona yaxın arıçılıq məhsulu satılıb. Yarmarkada iştirak edən hər bir arıçıya satışa maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı (çərçivə) çıxarmaq hüququ verilib.
Builki Bal yarmarkasında ümumilikdə 250 arıçı iştirak edib.
Bu il yarmarkada ilk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonunu təmsil edən arıçılar iştirak ediblər. Ümumilikdə yarmarkaya 120 tona yaxın arıçılıq məhsulu çıxarılıb. Bunun da 5 tonu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.