2022-ci il mart ayının 1-i vəziyyətinə Azərbaycanın əhalisinin sayı 10 164 464 nəfərə çatıb. Bu haqda Dövlət Statistika Komitəsinin 15 aprel tarixindəki hesabatında məlumat verilib.
Əhalinin 53%-ni qadın, 47%-ni isə kişilər təşkil edib.
Cari ilin ilk iki ayı ərzində 20 462 körpə anadan olub. Körpələrdən 616-sı əkiz, 33-ü isə üçəm doğulub.
Yanvar-fevral aylarında 9 606 nikah, 2 505 boşanma qeydə alınıb.