Naxçıvan Dövlət Texniki Kolleci və Naxçıvan Tibb Kolleci Azərbaycan Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilib.
Bununla bağlı 1 avqust tarixində Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərarla qeyd edilən təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universitetinin nəzdinə verilməsi barədə Naxçıvan MR Nazirlər Kabinetinin Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Elm və Təhsil Nazirliyi bununla bağlı irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidir.