Qusar rayonunda qaz təhcizatında fasilə yaranacaq. Bu barədə İnsanoid Azəriqaz İB-nin mətbuat xidmətinə istinadən bu gün, 26 aprel tarixində məlumat verir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Şahdağ” QTM qaz kəmərində planlı təmir işləri ilə əlaqədar aprelin 26-da saat 10:00-dan 17:00-dək "Qusar 2-ci xətt" və "Şahdağ TK(QPS)" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri görülən müddətdə Qusar şəhəri daxil olmaqla rayonun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.