Buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçiriləcək. Bu barədə 30 avqust tarixində Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də həmin gün qeyd olunan imtahanı verəcəklər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edib götürə bilərlər.