AZAL-ın aşağıbüdcəli törəməsi "Buta Airways" Bakıdan Türkiyənin kurort bölgəsi Alanyaya uçuşların sayını çoxaldacaq. Bu haqda məlumat aprelin 6-da aviaşirkətin Facebook səhifəsində paylaşılıb.
Belə ki, hazırda həmin istiqamətdə uçuşlar həftədə 2 dəfə - cümə axşamı və şənbə günləri həyata keçirilir. İyul ayından etibarən reyslər hər gün təşkil ediləcək.
Qeyd edək ki, adıçəkilən bölgəyə səyahət etmək üçün aviabiletləri Buta Airways-in saytından və yaxud akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.