"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi - “Buta Airways” gələn aydan Bakıdan Tacikistanın paytaxtı Düşənbəyə uçuşlara başlayacaq.
Bu barədə 5 aprel tarixində aviaşirkət məlumat verib.
Reyslər mayın 30-dan etibarən həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri yerinə yetiriləcək.
Aviabiletləri www.butaairways.az saytından və yaxud mobil tətbiq vasitəsilə əldə etmək mümkündür.