Buzovna-Mərdəkan avtomobil yolu üzərində uzunluğu 8,2 kilometr olan velosiped yolları və piyada səkiləri inşa edilib.
Velosiped yolları və səkilər “Bakı Abadlıq” MMC tərəfindən inşa edilib. Bu barədə noyabrın 4-də Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Artıq yolun bir qismində işlər yekunlaşıb. Qeyd olunan yol sahəsində piyadaların təhlükəsiz, rahat hərəkətləri təmin edilib.