Bakıda və Abşeron yarımadasında martın 18-də havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.
Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.