Bu gün Cəbrayıl rayonunun Hüseynalılar kəndi ərazisində OG-9 sursatına aid alışdırıcının partlayışı baş verib. Bu barədə 25 avqust tarixində Report məlumat verib.
Partlayış nəticəsində minatəmizləmə əməliyyatlarına cəlb edilən yerli şirkətin minaaxtaranı, 1999-cu il təvəllüdlü Qasımov Həbib Teymur oğlu xəsarət alıb.
Zərərçəkəndə “Sol əlinin iç səthinin çapılmış-deşilmiş yaraları, hər iki baldırın iç səthinin xırda barıt yanıqları” xəsarəti qeydə alınıb.
“Xəsarət alan şəxsin vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur”, - məlumatda qeyd olunub.