Cəbrayılda güclü yağış səbəbindən yaranan sel axınında köməksiz vəziyyətdə qalan 1 nəfər xilas edilib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Rayonun Şükürbəyli kəndi ərazisində “VAZ-2106” markalı minik avtomobili ilə sel axınına düşən Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü Aksut Yusufun həyatı üçün təhlükə yaranıb.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Cəbrayıl Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər Aksut Yusufu sel sularından xilas edərək təhlükəsiz əraziyə təxliyə ediblər.