Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yeni istehsal müəssisəsi fəaliyyətə başlayıb. Bu barədə İnsanoid Şərqi Zəngəzur 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə isitnadən bu gün, 30 oktyabr tarixində məlumat verir.
Bildirilib ki, bu müəssisədə səhiyyə təşkilatları üçün müvafiq geyimlər istehsal olunur.
Qeyd olunan istehsalat sahəsində Cocuq Mərcanlı kənd sakini olan 8 xanım işlə təmin olunub.
Burada tibb personalı və müalicə alan şəxslər üçün geyimlər hazırlanır, eləcə də tibbi maskalar və s. kimi səhiyyə ləvazimatları istehsal olunur.