Cəlilabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 30 dekabr tarixində xəbər verib.
Hadisə ötən gün Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb.
Yol qəzasında ölən şəxsin 38 yaşlı paytaxt sakini Balala Məmmədağa oğlu Abbasəliyev olduğu məlum olub. Onun Bakı şəhərindən Cəlilabad rayonuna toy məclisinə getdiyi bildirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.