Cəlilabadda baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Bu barədə APA 14 dekabr tarixində xəbər verib.
Cəlilabad rayonunun Alar kəndi ərazisində baş verən qəzada Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 32 yaşlı Xosrov Cəfərli ölüb.
Hadisə nəticəsində 36 yaşlı Ülkər Səmədova, 59 yaşlı Zemfira Ağayeva, 37 yaşlı Rəşad Rzayev, 30 yaşlı Şövqi Qasımlı və Mehrac Qəhrəmanov xəsarət alıblar.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.