Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib. Bu barədə Report 4 yanvar tarixində xəbər verib.
Rayonun Sabirabad kənd sakini Sevil İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
O, ötən ayın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.
Mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.