Cəlilabad rayonunda 3 bal gücündə zəlzələ olub. Bu barədə 17 iyul tarixində Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.
Belə ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 10:27-də Cəlilabad stansiyasından 9 kilometr qərbdə, Cəlilabad rayonunda zəlzələ qeydə alınıb.
18 kilometr dərinlikdə olan zəlzələ hiss edilməyib.