Futbol üzrə Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi daha bir yığmada işləmək istəyir. Bu barədə İnsanoid “Sky Sport 24”ə istinadən bu gün, 23 noyabr tarixində xəbər verir.
67 yaşlı italiyalı baş məşqçi hazırda axtarışda olduğunu bildirib:
"Gələcəkdə mümkün olsa, başqa milli komanda ilə işləyərəm. Ümid var və fikrimcə, bu reallaşa bilər. Ancaq müqavilə imzalanana qədər danışmamaq daha yaxşıdır. Ümid edirəm ki, əldə etdiyim təcrübəyə və göstərdiklərimə görə komanda tapa biləcəyəm və bu, mənə zirvəyə qalxmağa şans yaradacaq".
Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib.
Komanda AVRO-2024-ün seçmə mərhələsində 7 xalla yer aldığı F qrupunda 4-cü yeri tutub. O, daha əvvəl Albaniya millisində işləyib və bu yığma ilə 2016-cı ildə baş tutan Avropa çempionatına vəsiqə qazanıb.