Ölkə ərazisində faktiki hava açıqlanıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 15 iyul tarixində xəbər verir.
İyulun 15-i saat 9:00-a olan məlumata görə, Azərbaycanda əksər rayonlarda hava şəraiti, əsasən, yağmursuz keçib.
Lakin iyulun 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.
Qeyd edilib ki, şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq, iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.