Cari ilin əvvəlindən 3 200, ümumilikdə isə 12 500-dən çox şəhid ailəsi mənzil və fərdi evlə təmin olunub. Bu barədə aprelin 8-də Sosial Xidmətlər Agentliyinin rəsmisi Faiq Ağayev "Sosial saat"da deyib.
Onun sözlərinə əsasən, Bakı və Abşeron üzrə bu proses yaxın zamanda yekunlaşacaq.
“Həmçinin 2021-ci ildə 164, ümumilikdə isə 7 400-dən çox müharibə əlili avtomobillə təmin edilib", - deyə qurumun rəsmisi vurğulayıb.