2022-ci ilin ilk 3 ayı ərzində Azərbaycan iqtisadiyyatına 2,44 milyard manat investisiya yatırılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,5% azdır. Bu barədə məlumat 13 aprel tarixində Dövlət Statistika Komitəsinin hesabatında əks edilib.
Məlumata əsasən, neft-qaz sektoruna yatırımların həcmi 28% azalsa da, qeyri-neft-qaz sektoruna 10,1% artıb. İnvestisiyaların 1,7 milyard manata yaxın hissəsini daxili vəsaitlər təşkil edib. İstifadə olunmuş vəsaitin 1,5 milyard manatı məhsul istehsalı sahələrinə, 743,2 milyon manatı xidmət sahələrinə, 172,8 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf edilib.