Noyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-13°, gündüz 15-17° isti olacaq.
Rayonlarda hava, əsasən, yağmursuz olacaq. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 16-21°, dağlarda gecə 0-5°, gündüz 5-9° isti olacaq.