"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi bəlli olub. Bu barədə İnsanoid klubun mətbuat xidmətinə istinadən bu gün, 20 iyun tarixində xəbər verir.
Azərbaycan çempionu bu raundda Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələcək.
Ağdam təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.