Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Almaniyaya işgüzar səfərə yola düşüb.
Bu barədə İnsanoid Xarici İşlər Nazirliyinə istinadən bu gün, 10 iyun tarixində məlumat verir.
Qeyd olunub ki, səfər çərçivəsində nazirin 11-12 iyunda Berlin şəhərində keçiriləcək Ukrayna Bərpa Konfransında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.