Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken, Azərbaycan və Ermənistan XİN başçıları arasında keçirilən üçtərəfli görüş başa çatıb. Bu haqda məlumat noyabrın 7-də qurumun saytında yerləşdirilib.
Görüşün baş tutduğu Blair House-da nazirlər mümkün sülh müqaviləsinin elementləri barədə danışıblar. Eyni zamanda hələ də həll edilməli olan bir sıra məsələlərin olduğu qeyd edilib.
Onlar danışıqları sürətləndirmək və yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər.
[gallery columns="2" link="file" size="full" ids="93113,93112"]