Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Belçikanın xarici işlər naziri Hadija Lahbib arasında görüş başlayıb. Bu barədə İnsanoid nazirliyin mətbuat xidmətinə istinadən bu gün, 24 avqust tarixində xəbər verir.
Nazirlər əvvəlcə təkbətək müzakirə aparıblar.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Nazirlər regional məsələləri, eləcə də ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edirlər.