Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Litvaya rəsmi səfəri başlayıb. Bu barədə 8 may tarixində Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.
Səfər çərçivəsində Ceyhun Bayramovun Litvanın dövlət rəsmiləri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan və Litva hökumətləri arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməsi nəzərdə tutulub.