Bakının Suraxanı rayonunda avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb. Bu haqda aprelin 1-də APA məlumat yayıb.
Saxlanılan şəxs eyni cinayətə görə dəfələrlə məhkum edilib. Onun qadın sərnişinlərin əl çantalarını və mobil telefonlarını oğurladığı məlum olub.
Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.