Çin orbitə üç peyki uğurla çıxarıb. Bu barədə İnsanoid “Sinxua” agentliyinə istinadən bu gün, 26 dekabr tarixində məlumat verir.
Göyərtəsində üç peyk olan "Zhuque-2" daşıyıcı raketi şənbə günü Çinin şimal-qərbindəki Jiuquan peyk buraxılış mərkəzindən uğurla orbitə buraxılıb.
Raketin buraxılışı Pekin vaxtı ilə saat 07:39-da (Bakı vaxtı ilə saat 3:39) baş tutub. Üç peyk - "Honghu", "Honghu-2" və "Tianyi-33" öz orbitlərinə uğurla çatıb.