Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də növbəti qələbəsini qazanıb. Bu barədə 5 avqust tarixində Report məlumat verib.
30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib.
Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunub.